Bakı. Trend:
2026-cı ilin I yarımili ərzində keçirilmiş 3 489 elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
"Müasir rəqəmsal həllər əsasında formalaşan elektron satınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır", - məlumatda qeyd edilib.