Bakı. Trend:
Xankəndi şəhərinə növbəti köç yola salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.
Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.