Bakı.Trend:
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən şəxslərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1-ci maddələri ittiham edilib.