Bakı. Trend:
İspaniya hakimiyyəti meşə yanğınları ilə əlaqədar Madrid muxtar icması və Avila vilayətində (Kastiliya və Leon muxtar icması) fövqəladə vəziyyət elan edib.
Bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi “X” səhifəsində məlumat yayılıb.
"Bildiririk ki, Madrid və Aviladakı meşə yanğınları ilə əlaqədar milli əhəmiyyətli fövqəladə vəziyyət elan olunub", – deyə paylaşımda qeyd edilir.
Alovun sürətlə yayılması səbəbindən hakimiyyət orqanları 10 mindən çox sakini təxliyə edib.
Madrid muxtar icmasının fövqəladə hallar xidmətinin açıqlamasına görə, yanğınlar hələ də lokallaşdırılmayıb və nəzarət altına alınmayıb.
Bundan əlavə, ölkənin demək olar ki, bütün ərazisində son dərəcə yüksək yanğın təhlükəsi səviyyəsi qalmaqdadır.