Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərində Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının keçiriləcəyini açıqlayıb.
Bu barədə Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə zamanı deyib.
Rusiya prezidenti Təhlükəsizlik Şurasının daimi üzvlərini, eləcə də Rusiya nümayəndə heyətinin danışıqlarda iştirak edəcək dəvətli üzvlərini bu mövzunu müzakirə etməyə dəvət edib.
“Gələn həftə, çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərində Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqlar başlamalıdır”, – deyə Putin bildirib.
“İlk növbədə, çərşənbə axşamı danışıqların keçirilməli olduğunu nəzərə alaraq, bu danışıqlarda iştirak edəcək həmkarlarımı dəvət etdim. Təklif edirəm ki, bu mövzunu qısaca müzakirə edək”, – deyə dövlət başçısı əlavə edib.
-