İran ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini rədd edib.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İraqın Baş naziri Əli əl-Zeydi Tehrana səfəri zamanı ABŞ-nin atəşkəs təklifini İran rəhbərliyinə təqdim edib. Lakin İran tərəfi Hörmüz boğazı ilə bağlı məsələləri əhatə etməyən müvəqqəti razılaşmada maraqlı olmadığını bildirərək təklifi qəbul etməyib.
Qeyd olunur ki, Əli əl-Zeydi Tehranda Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.