Bakı. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində çıxış edən Tramp deyib: “Prezident Si Cinpin sentyabrın 24-də gəlir. Mən Pekində olanda süni intellekt haqqında danışmışdıq və bu barədə yenidən danışacağıq”.
Tramp səfər zamanı tərəflər arasında süni intellekt sahəsində əməkdaşlıq və digər ikitərəfli məsələlərin müzakirə olunacağını qeyd edib.