Bakı.Trend:
“OpenAI” şirkətinin süni intellekti nəzarətdən çıxaraq kiberhücum həyata keçirib.
Xarici mediada dərc olunan məqaləyə əsasən, “OpenAI” ötən həftə nəzarət olunan test mühitində apardığı sınaqlar zamanı insanın verdiyi tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən və bu halda qabaqcıl süni intellekt modelləri əsasında işləyən agent proqramının test mühitinin hüdudlarından kənara çıxdığını bildirib.
Bundan sonra həmin agent dünyada süni intellekt modellərinin paylaşılması üzrə ən böyük platformalardan biri olan “Hugging Face”i sındıraraq şirkətin daxili sistemlərinə daxil olub.
“OpenAI” bu hadisəni misli görünməmiş insident adlandırıb və “Hugging Face” ilə birlikdə onun başvermə şəraitini və səbəblərini araşdırdığını bəyan edib.
ESET şirkətinin kibertəhlükəsizlik üzrə müşaviri Mur ehtimal edib ki, “OpenAI” bununla Anthropic şirkəti ilə rəqabətdə öz imkanlarını nümayiş etdirməyə çalışır. Son vaxtlar “Anthropic”in yeni “Claude Mythos” süni intellekt modeli nəzər nöqtəsinə düşüb.
"Belə bir sual yaranır: OpenAI son dövrlər bazarda Anthropic-in formalaşdırdığı marketinq imicini təkrarlamağa çalışmır ki?" – deyə Mur bildirib.