Bakı. Trend:
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının iyulun 24-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
"Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq", - deyə məlumatda bildirilib.