Bakı. Trend:
Energetika nazirinin müavini Samir Vəliyev Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Energetika Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, nazir müavini yeni formalaşmış İctimai Şuranın sayca üçüncü tərkib olduğunu qeyd edərək, qarşıdakı fəaliyyət dövründə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.
O, həmçinin şura üzvlərinin enerji sahəsi üzrə ixtisaslaşmış ictimai birlikləri təmsil etməsinin bu əməkdaşlığın effektivliyinə mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı şura üzvləri öz fəaliyyətləri, eləcə də təmsil etdikləri ictimai birliklərin əsas fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Onlar Energetika Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın həm dövlət-ictimai dialoqunun inkişafına, həm də enerji sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşəbbüslərinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, İctimai Şuranın 3-cü tərkibinə 5 nəfər seçilib.

