Bakı. Trend:
İran özü neft satmaq imkanına malik olmayacağı təqdirdə, regionda heç kimin neft satmasına imkan verməyəcək.
Bunu İslam Respublikasının Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"Bizim neft satmayacağımız bir regionda heç kim neft sata bilməyəcək. Təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələri orada olmadıqda mümkündür", – deyə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.