Bakı. Trend:
Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi üzrə işlərə başlanılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda görüləcək işlərin 3,232 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.