Bakı.Trend:
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla əldə olunmuş müvəqqəti razılaşmanın pozulduğunu bəyan etməsindən sonra 6%-dən çox artaraq son iki həftənin ən yüksək səviyyəsinə çatıb. ABŞ-nin yeni zərbələri Hörmüz boğazı vasitəsilə neft tədarükünün təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqları daha da artırıb.
“Reuters”in məlumatına görə, Ankarada keçirilən NATO sammitində jurnalistlərin İranla qarşılıqlı anlaşma memorandumunun qüvvədən düşüb-düşmədiyi barədə sualını cavablandıran Tramp deyib: "Şəxsən mənim üçün hər şey bitib. Mən onlarla işləmək istəmirəm."
Beynəlxalq etalon hesab olunan Brent markalı neftin ən yaxın fyuçers müqaviləsinin qiyməti Mərkəzi Avropa vaxtı ilə saat 11:45-ə (Bakı vaxtı ilə 13:45) olan məlumata əsasən 6%-dən çox artaraq bir barel üçün 78,79 dollara yüksəlib. WTI markalı neftin qiyməti isə 6,3% bahalaşaraq bir barel üçün 74,88 dollara çatıb. Bundan əvvəl hər iki marka təxminən fevralın sonlarında İranla müharibənin başlanmasından əvvəlki səviyyələrinə qədər geriləmişdi.