Çinin şimal-qərbindəki Qansu əyalətində torpaq sürüşməsi nəticəsində nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə əyalətin fövqəladə halların idarə edilməsi bürosu açıqlama yayıb.
İyulun 7-də səhər saatlarında Lonnan şəhərinin Rençan kəndində baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb və ya torpaq axını altında qalıb. Dağılmış evlərdən 12 nəfər xilas edilib.
Ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.