Bakı.Trend:
Almaniya hökuməti həcmi 2,3 milyard kubmetr olan strateji təbii qaz ehtiyatının yaradılması üçün 1,5 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır.
Bu barədə "Reuters" məlumatlı mənbəyə istinadən xəbər verib.
Qeyd olunub ki, ehtiyat ölkənin enerji infrastrukturuna qarşı mümkün diversiya hallarında və ya qlobal bazarda kəskin qaz qıtlığı kimi fövqəladə vəziyyətlərdə enerji təchizatının təmin edilməsinə kömək etməlidir.
Planın hazırlanması ilə Almaniyanın İqtisadiyyat Nazirliyi məşğuldur. Agentliyin məlumatına görə, layihə avqustun ortalarınadək razılaşdırıla bilər.