Bakı.Trend:
Fransada məhkəmə ölkənin Milli Birlik Partiyasının sabiq lideri Marin Le Penə 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə icazə verib.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Qərarla eyni zamanda o, üç il müddətinə azadlıqdan məhrum edilib ki, bunun iki ili şərti hesab olunur.
“Marin Le Pen 2025-ci ildə prezident seçkilərində iştirak hüququndan 45 ay müddətinə məhrum edilmişdi ki, bunun 30 ayı şərti idi. Lakin məhkəmə onun, 2025-ci il martın 31-dən etibarən artıq 15 aylıq seçki hüququndan məhrumetmə cəzasını çəkdiyini nəzərə alıb. Beləliklə, onun prezident vəzifəsinə namizədliyini irəli sürmək hüququ qanuni əsaslarla bərpa olunub”,- deyə məlumatda qeyd edilir.