Bakı.Trend:
Suriyanın paytaxtı Dəməşqdə iki güclü partlayış baş verib.
Bu barədə Suriyanın “Al Watan” qəzeti yazır.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Bu arada “Al Jazeera” telekanalı insidentind partlayışlardan birinin ərəb respublikasının Turizm Nazirliyinin binası yaxınlığında baş verdiyini yazır. Onun yaxınlığında eyni zamanda ölkəyə rəsmi səfər etmiş Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotel yerləşir.