Bakı. Trend:
İran qarşı tərəfi öz imzasına hörmət etməyə çağırır.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün (7 iyul) “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İrana qarşı təhdidlər davam etdiyi zamana qədər yekun razılaşmanın əldə olunması üçün müzakirələr başlanmayacaq. Öz imzanıza hörmətlə yanaşın”, - deyə o bildirib.
İranlı nazir əlavə edib ki, milyonlarla bir araya gələrək iranlı Ayətullah Seyid Əli Xamenei və onun əbədi irsinə hörmətlərini ifadə etdi. Nə iranlılar, nə də silahlı qüvvələr heç bir təhddiddən qorxmur.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
Əlavə edək ki, ötən gün İranda sabiq Ali Lider Ayətullah Seyid Əli Hüseyni Xamenei ilə vida mərasimi davam etdirilib. Mərasimə milyonlarla iranlının qatıldığı bildirilir. Əli Xameneinin dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək