Bakı. Trend:
Kubanın milli elektrik sistemi bazar ertəsi günorta saatlarında sıradan çıxıb və nəticədə təxminən 10 milyon nəfər elektrik enerjisiz qalıb.
Bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən UNE məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Qeyd edilib ki, Kuba son aylarda köhnəlmiş enerji infrastrukturu və ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən adaya yanacaq tədarükündə yaranan problemlər fonunda mütəmadi elektrik kəsintiləri ilə üzləşir.
Bundan əlavə, uzun müddətdir davam edən iqtisadi böhran şəraitində ölkə elektrik enerjisi ilə təminatda dəfələrlə çətinlik yaşayıb. Hazırda isə ABŞ administrasiyasının artan təzyiqləri fonunda vəziyyət daha da ağırlaşıb.