Bakı.Trend:
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanı hakimiyyətin zorla devrilməsinə açıq çağırışlar etmək ittihamı üzrə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Gürcüstanın "İnterpressnews" informasiya agentliyi məlumat yayıb.
Hökmü hakim Romeo Tkeşelaşvili elan edib. İstintaqa əsasən, Baço Axalaya 2026-cı il fevralın 16-da keçirilən məhkəmə iclası zamanı hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının təsisçisi Bidzina İvanişvilinin hakimiyyətdən devrilməli olduğunu açıq şəkildə bəyan edib.
Hökm elan olunarkən Baço Axalaya məhkəmə iclasında iştirak etməyib.
Baço Axalaya 2009–2012-ci illərdə, prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanın müdafiə naziri vəzifəsində çalışıb. O, 2025-ci ilin dekabrında saxlanılıb.