Bakı.Trend:
Bu həftə Rusiya Dövlət Duması miqrantların deportasiyası üçün əsasların siyahısını 22 inzibati xətadan 45-ə çatdırmağı nəzərdə tutan qanun layihəsinə baxacaq.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
İlkin olaraq siyahının 43 bəndədək genişləndirilməsi planlaşdırılırdı. Lakin yekunda istənilən əlamət üzrə ayrı-seçkiliyin (cinsi və ya irqi mənsubiyyət, dəri rəngi, milliyyət, dil, yaş, dinə münasibət və digər əlamətlər üzrə) və dövlət sərhədində hərbi qulluqçunun qanuni tələbinə əməl edilməməsinin də siyahıya əlavə edilməsi təklif olunub.
"Bu, ölkəmizdə ictimai təhlükəsizliyin gücləndirilməsinə və miqrasiya sahəsində nizam-intizamın təmin olunmasına töhfə verəcək", – deyə Vyaçeslav Volodin bildirib.