Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.
Bu barədə Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.
Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.