Bakı. Trend:
"Arsenal"ın kapitanı Martin Edeqor karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
"Qalatasaray" norveçli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin rəhbərliyi Edeqorun meneceri Byorn Kvarme ilə müzakirələr aparıb. Danışıqların müsbət istiqamətdə getdiyi bildirilir.
27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə PSJ və "Bavariya"da maraqlanır.
Qeyd edək ki, "Arsenal" Martin Edeqoru 2021-ci ilin yanvarında "Real"dan transfer edib. Norveç millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 20028-ci ilin 30 iyun tarixində başa çatır.