Bakı.Trend:
Slovakiyada Baş nazir Robert Fitsonun ömürlük dövlət ödənişlərindən məhrum edilməsi ilə bağlı referendum keçirilir.
“TA-3” telekanalının məlumatına görə, səsvermə məntəqələri yerli vaxtla 07:00-dan (Bakı vaxtı ilə 09:00) etibarən açılıb və 22:00-a (Bakı vaxtı ilə 00:00) kimi fəaliyyət göstərəcək.
Referendumda respublikada yaşayan 5,4 milyon vətəndaşın təxminən 4,3 milyonu iştirak edəcə biləcək. Telekanal, hazırda məntəqələrdə aşağı seçici fəallığının müşahidə olunduğunu bildirir.
İyun ayının sonunda “İpsos” sosioloji agentliyi tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə əsasən, referendumda aşağı seçici fəallığına görə baş tutmaya bilər. Sosioloqların hesabalamarına görə, referendumda seçki hüququ olan slovakların yalnız 26,5 faizi iştirak etmək niyyətində olub.
Baş nazir üçün ömürlük ödənişlərin ləğvi ilə bağlı məsələdən əlavə, vətəndaşlar dövlət orqanlarının strukturunda Xüsusi Prokurorluğun və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin yenidən yaradılması barədə də mövqelərini bildirəcəklər. Həmin qurumlar Fitso hökuməti tərəfindən ləğv edilib.