Bakı. Trend:
Gürcüstanın Kulevi limanındakı neft emalı zavodu (NEZ) 2026-cı ilin avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli neftdən tam imtina etməyi planlaşdırır.
Bu barədə müəssisəyə sahib olan “Black Sea Petroleum” (BSP) şirkətinin yaydığı məlumatda bildirilib.
"Bu ilin avqust-sentyabr aylarından başlayaraq şirkət yalnız Rusiya mənşəli olmayan neftin emalına başlayacaq", - deyə BSP-dən bildirilib.