Bakı.Trend:
ABŞ Pakistan Silahlı Qüvvələrinin Əfqanıstan ərazisinə endirdiyi zərbələri özünümüdafiə aktı kimi əsaslandırılmış hesab edir.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
"Vaşinqton terror hücumlarına cavab olaraq Pakistanın özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan xalqı terrorçuların əməllərindən ciddi zərər çəkib", – departamentin bəyanatın bildirilib.
BMT-nin məlumatına görə, iyunun 29-da Pakistanın Əfqanıstanın sərhəd bölgələrinə endirdiyi aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub. Bundan sonra Əfqanıstan qüvvələri Pakistan ərazisinə bir sıra hava zərbələri endirib.
Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində eskalasiyalar yenidən alovlanıb. Kabul bəyan edib ki, Pakistanın aviazərbələrinə cavab olaraq hərbi əməliyyat keçirir.