Bakı.Trend:
Pakistanın cənub-qərbində avtobusun uçuruma aşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Bu barədə Job rayonunun təcili tibbi yardım mərkəzinin rəhbəri Sənaullah Şerani bildirib.
Onun sözlərinə görə, avtobus yoldan çıxaraq təxminə 24 metr dərinlikdə olan dərəyə düşüb.
xxx 11:40
Pakistanın cənub-qərbində sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində azı 24 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, insident Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərinin sərhədində yerləşən ucqar rayonda baş verib. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
“Daily Pakistan” qəzetinin məlumatına əsasən, xilasedicilər qəza yerində axtarış-xilasetmə tədbirlərini davam etdirir, belə ki, ərazinin əlverişsiz relyefi əməliyyatın gedişini çətinləşdirir.
İlkin məlumata görə, qəzaya uğramış avtobus Bəlucistan əyalətinin mərkəzi şəhəri olan Kvettadan Peşəvər istiqamətində yola çıxıb və avtobusda 36 sərnişin olub. Yolda, sıradan çıxmış başqa ictimai nəqliyyat vasitəsinin sərnişinləri həmin avtobusa miniblər. Normadan artıq sərnişin götürən avtobus iki əyalətin sərhədində uçuruma yuvarlanıb.