Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə İrana gedib.
Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Tehranın “Mehrabad” beynəlxalq hava limanında Paşinyanı İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi qarşılayıb.
Bu gün Ermənistanın Baş naziri İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edəcək.