Bakı. Trend:
İyulun 4-5-də Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.
Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirdə Azərbaycan 11 çəki dərəcəsində 21 idmançı ilə (14 oğlan, 7 qız) təmsil olunacaq.
Yığmaya oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qızlardan ibarət komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Turnirdə ümumilikdə 33 ölkədən 470 cüdoçu (299 oğlan, 171 qız) mübarizə aparacaq.
Azərbaycan millisinin heyəti:
Oğlanlar
-60 kq Ayxan Mirzəzadə
-66 kq Məhəmməd Musayev
-73 kq Mehdi Cəfərov Əbil Yusubov Səlim Sultanov
-81 kq Cəsur İbadlı Mehdi Abbasov Roman Qarayev
-90 kq Əli Qazıməmmədov Süleyman Şükürov Murad Allahverdiyev
-100 kq Davud Namazlı Canpolad Əliyev
+100 kq Ramazan Əhmədov
Qızlar
-48 kq Nərgiz Əhmədov
-52 kq Nuranə Hacızadə Fəridə Mirzəyeva
-57 kq Xədicə Qədəşova Aytən Verdiyeva Vüsalə Hacıyeva
-63 kq Nilgün Rzayeva