Bakı. Trend:
Ulduz futbolçu Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq.
Bu barədə 41 yaşlı hücumçunun bacısı Katya Aveyru "Sport TV"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, DÇ-2026 təcrübəli forvardın yığma ilə birlikdə çıxış etdiyi son turnir olacaq. O, mundialdan sonra milli komanda ilə vidalaşacaq.
Qeyd edək ki, Portuqaliya millisinin dünya çempionatının 1/16 final mərhələsindəki rəqibi Xorvatiya yığmasıdır. Bu cütün qalibi 1/8 finalda İspaniya ilə qarşılaşacaq.