Bakı.Trend:
Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi iyulun 18-də başlayacaq.
Bu barədə Al Hadath məlumat yayıb.
Telekanalın yüksəkvəzifəli mənbəsinin sözlərinə görə, “İran və ABŞ arasında növbəti dolayı danışıqlar raundu iyulun 18-də başlayacaq”.
İran və ABŞ nümayəndə heyətlərinin görüşünün harada keçiriləcəyi barədə hələlik məlumat verilməyib.