Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçid üçün ödəniş alınmayacağına əminliyini bildirib.
Bu barədə o, jurnalist Maykl Noulza verdiyi müsahibədə bildirib.
"Hörmüz boğazının rüsumlardan azad olacağına tam əminəm", - deyə o qeyd edib.
Vensin sözlərinə görə, ABŞ-nin İran üzərində "hələ də çoxlu təsir gücü var" ki, İranla ilə bağlı vəziyyətin "Amerikanın məqsədlərinə uyğun şəkildə həll olunmasını" təmin etsin.