Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
Turun qapanış matçında “Zirə” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.
Daha öncə “Sabah” “Səbail”ə (2:0), “Neftçi” “Turan Tovuz”a (3:0), “Sumqayıt” “Qarabağ”a (1:0) qalib gəlibsə, “Qəbələ” evdə “Kəpəz”ə uduzub – 0:1.
Azərbaycan Premyer Liqası32-ci tur29 aprel
“Zirə” – “Araz-Naxçıvan”Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.Zirə İdman Kompleksinin stadionu, 19:00.