Gürcüstan müxalifəti aprelin 28-də paytaxt Tbilisidə mitinq keçirib.
Mitinqin keçirilməsinə səbəb hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub.
Məlumata görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Mitinqdə 100 mindən çox insanın iştirakı gözlənilir.
