Bakı. Trend:
Meksika millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Cənubi Koreya yığmasına 1:0 hesabı ilə qalib gəlib.
Qarşılaşma Meksikanın Sapopan şəhərində keçirilib.
Matçın yeganə qolunu 50-ci dəqiqədə Luis Romo vurub.
Meksika millisi A qrupunda ikinci qələbəsini qazanaraq 1/16 final mərhələsinə vəsiqəni təmin edən ilk komanda olub. Bununla yanaşı, komanda qrupda birinci yeri də vaxtından əvvəl təmin edib.