Bakı. Trend:
İsveçrə milli komandası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Bosniya və Herseqovina üzərində 4-1 hesablı qələbə qazanıb.
Görüş ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində baş tutub.
İsveçrə millisinin heyətində qolları Yohan Manzambi (74-cü və 90-cı dəqiqələr), Ruben Varqas (84-cü dəqiqələr) və Qranit Caka (90+7, penalti) vurublar. Bosniya komandasından Emin Mahmiç (90+3) fərqlənib. Bosniyalı müdafiəçi Tarik Muharemoviç 80-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
B qrupunda İsveçrə dörd xalla birinci yerdədir. Ardınca Kanada, Bosniya və Herseqovina və Qətər (hər biri 1 xal ilə) gedir.