Bakı.Trend:
Yaxın vaxtlarda Yaponiyada güclü zəlzələ baş verə bilər.
Trend xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökumətinin zəlzələlərin tədqiqi üzrə komitəsinin mütəxəssisləri belə bir xəbərdarlıqla çıxış ediblər.
Yapon ekspertlərinin fikrincə, tektonik plitələrin tədricən yerdəyişməsi prosesi olan “yavaş sürüşmə”nin sürətlənməsi müşahidə olunur. Bu proseslərin sürətlənməsi aprelin 20-də Aomori prefekturası sahillərində baş vermiş 7,7 bal gücündə güclü zəlzələnin episentri yaxınlığında qeydə alınıb.
Seysmoloqlar vurğulayırlar ki, həmin ərazidə tektonik plitələrin yerdəyişməsi daha da sürətlənərsə, 7 və hətta 8 baldan yuxarı gücə malik zəlzələlərin baş verməsi mümkündür.