Bakı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi National Oil Company” (ADNOC) Milli Neft Şirkəti Hörmüz boğazı ilə bağlı yaranmış qlobal enerji böhranı fonunda şirkətin Füceyrə əmirliyi vasitəsilə ixrac imkanlarını iki dəfə artırmağa imkan verəcək yeni Qərb–Şərq neft kəmərinin tikintisini sürətləndirəcək.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Əbu-Dabi hökumətinin mətbuat xidməti bildirib ki, işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
“Əbu-Dabinin vəliəhdi, şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ADNOC-un Füceyrə vasitəsilə ixrac imkanlarını iki dəfə artıracaq yeni Qərb–Şərq boru kəməri layihəsi barədə məlumatlandırılıb. Hazırda boru kəməri tikinti mərhələsindədir və onun 2027-ci ildə istismara verilməsi gözlənilir”, — deyə ADNOC direktorlar şurasının icra komitəsinin iclasının yekunlarına dair məlumatda bildirilir.