Bakı. Trend:
ABŞ və Çin İrana dair məsələdə mövqeləri bir çox baxımdan üst-üstə düşür.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Çin sədri Sin Cinpin ilə görüşü zamanı deyib.
"Biz İranı müzakirə etdik. İranla bağlı oxşar mövqelərimiz var. Bunun bitməsini istəyirik; onların nüvə silahına sahib olmasını istəmirik. Hörmüz boğazının açıq olmasını istəyirik", - deyə o bildirib.