Bakı. Trend:
Meksika prezidenti Klaudiya Şeynbaum "Pemex" dövlət neft və qaz şirkətinin baş direktorunun dəyişildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Meksika prezidenti video müraciətində deyib.
Onun sözlərinə görə, şirkətin yeni rəhbəri əvvəllər orada maliyyə direktoru vəzifəsini tutan Xuan Karlos Karpio Fraqoso olacaq.
"Bu gün Viktorun [Rodriqes Padilya] "Pemex" şirkətinin direktoru vəzifəsindən ayrıldığını elan etmək istəyirəm, çünki bu, mənim onunla razılaşmam idi. Buna görə də, mən Xuan Karlos Karpio Fraqosonu "Petroleos Mexicanos" şirkətinin direktoru təyin etmək qərarına gəldim və bu qərar direktorlar şurası tərəfindən təsdiqlənməlidir", - deyə o bildirib.