Bakı. Trend:
Çinin sədri Si Cinpin İran ətrafındakı vəziyyətlə bağlı razılaşma əldə olunmasını istəyir və münaqişənin həllində kömək təklif edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" televiziya kanalına müsahibəsində deyib.
"Prezident Si Cinpin razılaşma görmək istəyir. O, həqiqətən də razılaşma görmək istəyir. Və kömək təklif edib. O dedi: "Əgər kömək edə biləcəyim bir şey varsa, kömək etmək istərdim". O, həqiqətən də bunu deyib", - deyə D. Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Çin lideri həmçinin Hörmüz boğazının açılmasının tərəfdarıdır. "Bu qədər neft alan hər kəsin İranla bir növ əlaqəsi olduğu açıq-aydın görünür. Amma o dedi ki, 'Mən kömək etmək istərdim. Əgər hər hansı bir kömək edə bilsəm, kömək etmək istərdim'. O, Hörmüz boğazının açılmasını istəyir", - deyə Tramp əlavə edib.