Bakı. Trend:
ABŞ Prezidenti Donald Trump rəsmi olaraq Çin Xalq Respublikasının sədri Si Cinpini ABŞ-yə səfərə dəvət edib.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri Pekinin Xalq toplantıları Evində təntənəli ziyafət zamanı bəyan edib.
“Bir daha bu möhtəşəm qəbul üçün sizə təşəkkür edirəm, sədr Si Cinpin. Bu axşam sizi və xanım Peni (Çinin birinci xanımı Pen Liyuanın) sentyabrın 24-də Ağ Evdə bizi ziyarət etməyə dəvət etmək mənim üçün böyük şərəfdir. Biz bu görüşü səbirsizliklə gözləyirik”, - deyə Tramp Çin nümayəndə heyətinə müraciət edərək bildirib.