Bakı.Trend:
Ermənistanın bundan sonrakı gələcəyi baxımından Türkiyə-Ermənistan sərhədlərinin açılması çox kritik məsələ olaraq qalır.
Trend xəbər verir ki, bu fikirləri “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib.
C.Vəliyev qeyd edib ki, 2022-dən etibarən hər iki tərəfdən - Ermənistan və Türkiyədən nümayəndəliklər təyin olundu. Buna baxmayaq, Türkiyə hələ də sərhədləri açmır.
“Ankara forumunda Prezident Rəcəp Tayyip Ərdoğan da Ermənistanla sərhəd məsələsini Azərbaycanla istişarə edildiyini açıqladı”.
C.Vəliyev qeyd edib ki, həmin sərhəd Türkiyənin Azərbaycanla ortaq qərarının nəticəsində açılacaq.
“Son altı ildir Ermənistandakı revanşis qüvvələrin arzuladıqları regionda Azərbaycanın lehinə dəyişir”,- deyə o əlavə edib.