Bakı. Trend:
Çin Sədri Si Cinpin Tayvan məsələsində yanlış addımların Çinlə ABŞ arasında birbaşa qarşıdurmaya yol aça biləcəyini bəyan edib.
Trend-in məlumatına görə, bu barədə o, ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı bildirib.
Si Cinpin vurğulayıb ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən həssas və mühüm mövzulardan biridir. Onun sözlərinə görə, bu məsələ düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlərdə sabitlik qorunub saxlanıla bilər. Əks halda isə tərəflər arasında toqquşma və hətta münaqişə riski yarana bilər.
Çin lideri əlavə edib ki, Tayvanın müstəqilliyinə yönəlmiş addımlar regionda sülh və sabitliyin təmin olunması ilə uzlaşmır.