Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Modern.az-ın məlumatına görə, son olaraq iki oyun gerçəkləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.
Azərbaycan Premyer Liqası XXV tur 16:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Seymur Səlimli Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Elgiz Abbasov “Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.