Bakı. Trend:
Hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı keçirilən prezident seçkilərində məğlub olduqdan sonra ABŞ-yə qaçan braziliyalı senator Flavio Bolsonaro oktyabrın 28-də özünün “Braziliyanın əsl prezidenti” olduğunu bəyan edib.
Sosial şəbəkə hesablarında “Braziliya xalqına və beynəlxalq ictimaiyyətə” ünvanladığı bəyanatda o, həmçinin ABŞ-dən “müxalifətə rəhbərlik edəcəyini” bildirib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp ABŞ-yə qaçan və çərşənbə günü özünü “Braziliyanın əsl prezidenti” elan edən braziliyalı senator Flavio Bolsonaro ilə bağlı məsələlərə “qarışmayacağını” bildirib.
Bu bəyanatlarla bağlı suala cavab verən Donald Tramp “Mən bu məsələyə qarışmayacağam”, – deyə bildirib. O, hazırkı Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın qalib gəldiyi seçkiləri nəzərdə tutaraq əlavə edib: “Bu, şübhəsiz ki, qəribə bir seçki idi”.