Bu sözləri Metbuat.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. Onun sözlərinə görə, korporativ şirkətlərin bitkoinə olan kəskin tələbətı və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması bitkoinin qiymətinin artmasına səbəb olub.
"Bitkoinin tarixi, maksimum qiymət səviyyəsi olan 69 min ABŞ dollarına qədər artımını hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitkoin yaxın zamanda 57.880 və 58.200 dollarlıq hədəfləri keçməlidir ki, növbəti tarixi maksimum qiymətini yeniləyə bilsin. Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 79 səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük", adətən qiymətlərin düşməsi ilə müşayiət olunur".
