Onlar dövlət başçılarının həyat yoldaşları kimi tanınsalar da, bir çoxalrı zamanla bu çərçivəni aşaraq sosial və humanitar layihələrin təşəbbüskarı, ictimai diplomatiyanın mühüm simasına çevriliblər. Başqa sözlə, birinci xanımlar təkcə rəsmi mərasimlərin iştirakçısı deyil, həm də cəmiyyətin sosial, mədəni və humanitar həyatında fəal rol oynayan ictimai fiqurlardır. Onların fəaliyyəti ölkənin beynəlxalq imicinə təsir göstərir, ictimai problemlərin həllinə diqqət çəkir. Modern.az saytı “Birinci ledilər” rubrikasında Gürcüstan prezidenti Mixail Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi-Kavelaşvili haqqında yazını təqdim edir. Gürcüstanın hazırkı prezidentinin andiçmə mərasimi 29 dekabr 2024-cü il tarixində baş tutub. Tamar Baqrationi də elə həmin tarixdən etibarən birinci xanım statusuna malik olub. Mixail Kavelaşvili prezident seçilməzdən əvvəl futbolçu və deputat kimi tanınıb. O, Gürcüstanın milli futbol komandasının keçmiş hücumçusu olub.
M.Kavelaşvili 1989-cu ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, lakin ikinci kursdan sonra təhsilini yarımçıq qoyub və diplom ala bilməyib. Bu məlumat 2015-ci ildə onun Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürməyə çalışarkən məlum olub. Həmin vaxt ali təhsilini təsdiq edən heç bir sənədi olmadığı üçün Kavelaşvili Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürə bilməyib.
Gürcüstanın birinci xanımı Tamar Baqrationi-Kavelaşvili zadəgan nəslindəndir.
Onun ailəsi VIII çar Georginin nəslinin Baqrationi sülaləsinin kiçik qoluna mənsubdur.
Bu, Tamar Baqrationinin ikinci evliliyidir. Onun əvvəlki ərindən Giorgi İvanişvili adlı bir oğlu da var. Tamar Baqrationi ilk dəfə siyasətçi Nikoloz İvanişvilinin qardaşı Biçi İvanişvili ilə evlənib, lakin vu evlilik uzun sürməub. Biçi İvanişvili vəfat edib. Haqqında yayılan xəbərlərinə görə, Tamar Baqrationi ilk övladını erkən yaşda dünyaya gətirib - 18 yaşında. 1989-cu ildə Tbilisidə anadan olan həmin oğlan - Giorgi İvanişvili indi futbolçudur. O, Gürcüstanın gənclər komandasının keçmiş üzvüdür. G.İvanişvili son illərdə “Çixura” komandasında oynayır. Tamar Baqrationi məşhur gürcü müğənnisi Liza Baqrationinin bacısı kimi də tanınır.
Tamar Baqrationi də Mixail Kavelaşvili kimi 1971-ci ildə anadan olub. Amma o, ərindən iki ay böyükdür.
Tamar Baqrationi Gürcüstanın dövlət başçısı ilə bərabər həm diplomatik, həm də mədəni səfərlərdə iştirak edir:
Məsələn, Türkiyəyə rəsmi səfər zamanı o, birinci xanım Əminə Ərdoğanla görüşərək “Qlobal sıfır tullantı yaxşı niyyət Bəyannaməsi”nə dəstəyini ifadə edib və bu təşəbbüsə imza atıb.
Sərbəst diplomatik görüşlər çərçivəsində o, beynəlxalq mədəniyyət və ailə dəyərləri mövzularında fikir mübadiləsi aparıb. Digər rəsmi tədbirlərdə, məsələn Xorvatiya birinci ledisini Tbilisidə qəbul etmək kimi mədəni tədbirlərdə də birinci xanım kimi ölkəni təmsil edib.
Tamar Baqrationi çıxışlarında ailə dəyərlərinin önəmini vurğulayır və bu dəyərlərin mədəni-ictimai müstəvidə genişləndirilməsi üçün dəstək ifadə edir.
O, həm də ölkəsinin mədəni səfiri kimi çıxış edir. Mixail Kavelaşvili böyük qızı Mariamla...