Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.
Modern.az-ın məlumatına görə, bu gün keçiriləcək “Zirə” – “Səbail” görüşünü Elçin Məsiyev, “Qarabağ” – “Sabah” matçını Rauf Allahverdiyev idarə edəcək.
Ertəsi gün “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında dueldə İnqilab Məmmədov, “Neftçi” ilə “Sumqayıt”ın qarşılaşmasında isə Kamal Umudlu iş başında olacaqlar.
Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 8 fevral
17:00. “Zirə” – “Səbail” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Namiq Əliyev. Zirə İdman Kompleksinin stadionu
20:00. “Qarabağ” – “Sabah” Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov. VAR: Əliyar Ağayev. AVAR: Nicat İsmayıllı. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elçin Məmmədov. Tofiq Bəhramov adına Respublika Stadionu
9 fevral 16:00. “Qəbələ” – “Araz-Naxçıvan” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Elgiz Abbasov. “Neftçi Arena”