Zəfəran (Crocus sativus) bitkidir. Çiçəyin qurudulmuş sapa bənzər hissələri (stigmalar) zəfəran ədviyyatı, qida boyası və dərman hazırlamaq üçün istifadə olunur.
Zəfəran əsasən İranda becərilir və əllə yığılır. Dünyanın ən bahalı ədviyyatlarından biridir. İnsanlar zəfərandan depressiya, narahatlıq, Alzheimer xəstəliyi, menstrual kramplar, premenstrüel sindrom (PMS) və bir çox digər xəstəliklər üçün istifadə edirlər.
Qeyd edək ki, hamilələr zəfəran çayı içməməlidirlər. Azyaşlılara zəfəran vermək məsləhət görülmür. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, qusmaya səbəb ola bilər.